TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT GÜCLƏNDİRİLİB
13.05.2022
Əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, habelə torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon idarəsi tərəfindən aprel ayında diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun Sələsüz, Daylaqlı, Mərəlik kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Türkeş, Kiçikoba, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 25 müraciət qəbul edilib və icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 18 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.
Muxtar Respublikada ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayonun Külüs kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Ötən ay idarə tərəfindən 10 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 16 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 23 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. Vətəndaşlardan daxil olmuş şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra olunub və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Baxılıb: 262