Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA 104 TEXNİKİ SƏNƏD HÜQUQ SAHİBLƏRİNƏ TƏQDİM EDİLİB

ŞƏRUR RAYONUNDA 104 TEXNİKİ SƏNƏD HÜQUQ SAHİBLƏRİNƏ TƏQDİM EDİLİB

11.05.2022

Şərur Rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən cari ilin aprel ayında diqqət mərkəzində saxlanılıb, operativliyin artırılması istiqamətində işlər mütəşəkkil davam etdirilib.

Ötən ay torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Rayonun Axura, Aşağı Yaycı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

İdarə tərəfindən müraciətlər əsasında 13 fərdi yaşayış evinin, 2 mənzilin texniki pasportu, 89 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib.

Ay ərzində əmlakının olub olmaması ilə bağlı 19, məhdudiyyət və yüklülüyə dair 95 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 27 müayinə aktı yazılıb. 10 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Baxılıb: 249