Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AİLƏ TƏSƏRRÜFATLARI İLƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR BABƏK RAYONUNDA KEÇİRİLİB

AİLƏ TƏSƏRRÜFATLARI İLƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİR BABƏK RAYONUNDA KEÇİRİLİB

22.04.2022

Babək şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, Babək Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Hümbətov açaraq rayonda ailə təsərrüfatlarının inkişafından, aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri, əkin atlaslarına uyğun əkinlərin aparılmasının, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də meyvə,tərəvəz və bostan məhsullarının qurudulması və qablaşdırılmasının, kataloqunun hazırlanmasının əhəmiyyəti barədə təsərrüfat sahiblərinə məlumat verilib. 

Baxılıb: 242