Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

ŞAHBUZ RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

21.04.2022

Şahbuz rayonunun Külüs kəndində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları ilə tarla seminar-müşavirə keçirilib. 

Seminar-müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Tədbirdə, torpaqlardan səmərəli istifadə yolları və bu sahə üzrə qanunvericiliyin tələbləri, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, yağlı bitkilərin iqtisadi səmərəsi və əhəmiyyəti, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi barədə təsərrüfat sahiblərinə məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Baxılıb: 258