Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOLLEGİYA İCLASI KEÇİRİLİB

KOLLEGİYA İCLASI KEÇİRİLİB

21.04.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində kollegiya iclası keçirilib. İclası Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2022-ci ilin ötən dövründə görülən işlərdən danışıb.

Xidmət aparatının rəhbəri Ayaz Cabbarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qərar, fərman və sərəncamlarının, sessiya və müşavirələrdə qarşıya qoyulmuş tapşırıqların, qəbul edilmiş dövlət proqramlarında Xidmətə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərlə bağlı məlumat verib.

Gündəlikdə duran məsələlərlə bağlı İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyevin, Ümumi şöbənin müdiri Ruslan Rüstəmovun çıxışları dinlənilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq qarşıda duran vəzifələrin vaxtında icrası üçün işdə operativliyin yüksəldilməsi, bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, yerli qurumların fəaliyyətinə nəzarətin artırılması, maarifləndirmə tədbirlərinin keçirilməsi, ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Baxılıb: 244