VƏTƏNDAŞLARA DAŞINMAZ ƏMLAKLA BAĞLI KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİLİR
18.04.2022
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən rüb ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət gücləndirilib, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib və vətəndaşların rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılaraq daxil olan müraciətlər operativ həll edilib.
Ötən rüb idarə tərəfindən 45 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 45 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 18,4% artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 46 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 107 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 91, əmlakının olub olmaması ilə bağlı 93 arayış verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə rayonun Əbrəqunus kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Rüb ərzində vətəndaşlardan daxil olmuş 2 yazılı, 26 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Baxılıb: 255