BABƏK RAYONUNDA DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR DİQQƏTDƏ SAXLANILIB
18.04.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən rüb ərzində qəbul edilmiş müraciətlərə vaxtında baxılıb, vətəndaşlara səyyar xidmət göstərilib, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Görülən işlər çərçivəsində ötən rüb 60 texniki pasport hazırlanıb,173 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 38 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 105 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 255 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 149, əmlakın olub olmamasına dair 59 arayış verilib.
Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə rayonun Kültəpə kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Ötən müddət ərzində rayonun bir sıra kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 247