DAŞINMAZ ƏMLAK VƏ TORPAQLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA OLUNUR
14.04.2022
Vətəndaşların daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə müraciətlərinin operativ şəkildə cavablandırılması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi birinci rüb ərzində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin qarşısında duran əsas məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılaraq ardıcıl davam etdirilib.
Ərazisi əsasən dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunda cari ilin ilk üç ayı ərzində aparılan məqsədyönlü tədbirlər nəticəsində şöbə tərəfindən 27 fərdi yaşayış evinə, 3 mənzilə, 1 qeyri-yaşayış binasına məxsus, ümumilikdə 31 texniki pasport hazırlanıb, 47 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 18,2% artıb.Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 57 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 87 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 69, əmlakın olub olmaması ilə bağlı 80 arayış verilib.
Ötən müddət ərzində vətəndaşlardan daxil olmuş şifahi müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib .
Baxılıb: 266