Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN RÜB ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

ÖTƏN RÜB ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

14.04.2022

Şərur Rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən ilin ilk rübü ərzində diqqət mərkəzində saxlanılıb, operativliyin artırılması istiqamətində işlər mütəşəkkil davam etdirilib.

İdarə tərəfindən müraciətlər əsasında 68 texniki pasport, 243 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 20,1% artmışdır.  

Rüb ərzində 96 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 276 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, texniki sənədlərin hazırlanması zamanı 106 müayinə aktı yazılıb. 44 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Rayonda maarifləndirici tədbirlərin keçirilməsi intensiv xarakter alıb, Xidmətin, Şərur Rayon İcra Hakimiyyətinin və Şərur Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə rayonun İbadulla, Qışlaqabbas, Vərməziyar, Tumaslı, Tənənəm və Xanlıqlar kəndlərində torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri ilə torpaqlardan təyinatına uyğun, səmərəli istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı maarifləndirici görüşlər keçirilib.

 

Baxılıb: 214