Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

14.04.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin ilk rübü ərzində diqqətdə saxlanılıb, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 216 müraciət qanunvericiliyin tələblərinə uyğun icra edilib.

Müraciətlər əsasında 110 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 106 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 1,9% artıb. Texniki sənədlərin hazırlanması zamanı 29 bölgü planı, 13 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Bu dövrdə 45 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.

Bələdiyyələrdən daxil olmuş müraciətlər əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hüquq sahiblərinin müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.

Baxılıb: 334