KƏNGƏRLİ RAYONUNDA 57 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB
13.04.2022
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən torpaq və digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi 2022-ci ilin ilk üç ayı ərzində diqqət mərkəzində saxlanılıb, daxil olan müraciətlər operativ icra edilib.
Rüb ərzində idarə tərəfindən 34 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib, 12 texniki pasport hazırlanaraq vətəndaşlara təqdim olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 4,5% artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 64 sosial arayış, 9 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 57 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 43 arayış verilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonun Qıvraq qəsəbəsinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.
Baxılıb: 248