Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI YÜKSƏLİB

CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI YÜKSƏLİB

08.04.2022

Cari ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatı üzrə vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi diqqətdə saxlanılıb.

Rüb ərzində Naxçıvan şəhəri üzrə 738, Şərur rayonu üzrə 337, Babək rayonu üzrə 282, Culfa rayonu üzrə 116, Ordubad rayonu üzrə 106, Şahbuz rayonu üzrə 92, Kəngərli rayonu üzrə 65, Sədərək rayonu üzrə 28 daşınmaz əmlak obyekti, ümumilikdə muxtar respublika üzrə 1764 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 581 ilkin, 1183 təkrar qeydiyyatdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 15,8% artıb.

Qeydiyyata alınan daşınmaz əmlak bölmələr üzrə 628 torpaq sahəsi, 388 mənzil, 682 fərdi yaşayış evi, 35 qeyri-yaşayış binası, 24 qeyri-yaşayış sahəsi, 3 əmlak kompleksi kimi müəssisə, 4 bağ evindən ibarət olub. Daxil olmuş müraciətlər əsasında 507 əmlaka dair texniki pasport, 739 torpaq sahələsinə dair plan-ölçü olmaqla, 1246 texniki sənəd hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 4,7% artıb.

Ötən üç ay ərzində 25 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 21 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Baxılıb: 259