Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

CULFA RAYONUNDA TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

26.11.2021

Noyabrın 26-da Culfa rayon ərazisində “Torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma   kartoqramlarının əhəmiyyəti” barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, “Araz” Elm-İstehsalat Birliyinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dizə kənd mərkəzində rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Mustafa Cəlilov açaraq rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.

Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti və istifadə qaydaları, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqların münbitliyinin qorunması, onun artırılması yolları və təyinatına uyğun səmərəli istifadə edilməsi torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, torpaq mülkiyyətçilərini  maraqlandıran suallara aydınlıq gətirilib, kartoqramlar və bukletlər tədbir iştirakçılarına təqdim olunub. 

Baxılıb: 252