Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA EDİLİB

DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ OPERATİV İCRA EDİLİB

12.11.2021

Vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi Naxçıvan  Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin qarşısında duran prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər oktyabr ayında da ardıcıl davam etdirilib.

 Aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən ay idarə tərəfindən 14 fərdi yaşayış evinə, 1 mənzilə, 1 qeyri-yaşayış sahəsinə məxsus, ümumilikdə 16 texniki pasport hazırlanıb, 28 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 43 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 33 arayış verilib.

Vətəndaşlardan daxil olmuş 10 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.

Baxılıb: 946