ŞƏRUR RAYONUNDA 125 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB
12.11.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin oktyabr ayı ərzində diqqətdə saxlanılıb, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 125 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunub.
13 fərdi yaşayış evinin, 2 qeyri yaşayış sahəsinin, 1 qeyri-yaşayış binasının texniki pasportu, 64 həyətyanı, 45 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. 3 torpaq sahəsinə dair bölünmə və birləşmə planları hazırlanaraq arxiv sənədlərinə daxil edilib. Texniki sənədlərin hazırlanması zamanı 24 müayinə aktı yazılıb.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Ərəbyengicə, Qışlaqabbas və Qarahəsənli kəndlərinin ərazisində monitorinqlər başa çatdırlaraq müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
Vətəndaşlardan daxil olmuş 15 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Rayonun Aşağı Aralıq və Arbatan kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 1291
