Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIR

11.11.2021

Əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, habelə torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsi tərəfindən cari ilin oktyabr ayında da diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 56 müraciət qəbul edilib və icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 28 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.

Ötən ay idarə tərəfindən 30 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 17 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 18 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Vətəndaşlardan daxil olmuş şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra olunub və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Baxılıb: 1185