DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİB
10.11.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən oktyabr ayı ərzində rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılıb, vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri operativ icra olunub.
Ötən ay 20 fərdi yaşayış evinin, 1 əmlak kompleksi kimi müəssisənin texniki pasportu hazırlanıb, 68 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 35 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 95 müraciət icra edilib, məhdudiyyət və yüklülüyə dair 57 arayış verilib.
10 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Rayonun Kərimbəyli və Nəcəfəlidizə kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.
Baxılıb: 934