Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

NAXÇIVAN ŞƏHƏRİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

29.10.2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərin Qaraxanbəyli kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar - müşavirəni giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Axundov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqlardan təyinatına uyğun səmərəli istifadə edilməsi və torpaq mülkiyyətçilərinin

mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin düzgün aparılması, örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, növbəli əkin sisteminin tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Baxılıb: 1026