KOLLEGİYA İCLASI KEÇİRİLİB
25.10.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən növbəti kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2021-ci ilin ötən dövrü ərzində görülən işlərdən danışıb.
Gündəlikdə duran məsələlərlə bağlı Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin, çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə ounan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, yerli qurumların fəaliyyətinə nəzarətin artırılması, bütün mülkiyyət növləri
üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, deqradasiyaya uğramış torpaq sahələrində münbitliyin bərpası və artırılması ilə bağlı tədbirlərin diqqətdə saxlanılması, maarifləndirmə tədbirlərinin keçirilməsi, ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin davam etdirilməsi, növbəti il üçün Xidmətin iş planının layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 1220
