DAŞINMAZ ƏMLAKLA BAĞLI 76 TEXNİKİ SƏNƏD HAZIRLANIB
05.11.2021
Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi tərəfindən 2021-ci ilin oktyabr ayında da mütəşəkkil davam etdirilib.
Ötən ay ərzində müraciətlər əsasında 29 fərdi yaşayış evinin, 11 mənzilin, 1 qeyri-yaşayış binasının olmaqla, ümumilikdə 41 daşınmaz əmlak obyektinin texniki pasportu, 35 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 15 bölgü planı, 15 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində də aktivlik müşahidə edilib. 22 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.
Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 1229