Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ SAHƏSİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ SAHƏSİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR

17.08.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən 2021-ci ilin iyul ayı ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətləri operativ icra olunmuş, rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması diqqətdə saxlanılmışdır. 8 fərdi yaşayış evinin, 1 mənzilin, 2 qeyri-yaşayış binasının, 2 əmlak kompleksi kimi müəssisənin, ümumilikdə, 13 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 17 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması zamanı 16 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur. Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 30 müraciət icra edilmiş, məhdudiyyət və yüklülüyə dair 29 arayış, 4 sosial arayış verilmişdir.

18 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilmiş, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir. Rayonun Nəsirvaz və Qoruqlar kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir.

Baxılıb: 507