Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY ŞƏRUR RAYONUNDA 88 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB

ÖTƏN AY ŞƏRUR RAYONUNDA 88 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB

17.08.2021

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2021-ci ilin iyul ayı ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmışdır. Daxil olan müraciətlər əsasında 19 daşınmaz əmlak obyektinin texniki pasportu, 34 həyətyanı, 35 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. Texniki sənədlərin hazırlanması zamanı 33 müayinə aktı yazılmış, 5 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunmuşdur. 11 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 81 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. 16 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Muğancıq Müslüm və Muğancıq Mehrab kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Kosacan və İbadulla kəndlərinin ərazisində monitorinqlərə başlanmışdır. Xətai və Məmmədsabir kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir. Mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.

Baxılıb: 521