Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ ƏBRƏQUNUS KƏNDİNDƏ KEÇİRİLİB

NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ ƏBRƏQUNUS KƏNDİNDƏ KEÇİRİLİB

16.08.2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq avqustun 16-da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Əbrəqunus kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdirilməsi, əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər, torpaq-iqlim xüsusiyyətləri və rayonlaşma nəzərə alınmaqla meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, meyvə-tərəvəzlərin, o cümlədən bostan məhsullarının qurudulması və qablaşdırılması barədə iştirakçılara məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, maarifləndirici bukletlər təqdim olunub. 

Baxılıb: 505