DAŞINMAZ ƏMLAKLA BAĞLI 77 TEXNİKİ SƏNƏD HAZIRLANIB
09.08.2021
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi iyul ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.
Ay ərzində 17 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 60 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 37 müayinə aktı yazılıb, 7 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. Əmlakın olub olmaması ilə bağlı 7, məhdudiyyət və yüklülüyə dair 59 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 89 müraciət daxil olub, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb.
Rayonun Zeynəddin və Çeşməbasar kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 503