DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUB
05.08.2021
Daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2021-ci ilin iyul ayında da mütəşəkkil davam etdirilib.
Ay ərzində texniki sənədlərin hazırlanması üçün 77 müraciət daxil olub. Müraciətlər əsasında 35 fərdi yaşayış evinin, 6 mənzilin olmaqla, ümumilikdə 41 daşınmaz əmlak obyektinin texniki pasportu, 36 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 15 bölgü planı, 13 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Ötən dövr ərzində 12 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Hüquq sahiblərinin müraciəti əsasında əmlaka yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Naxçıvan şəhəri ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 547