Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA HAZIRLANMIŞ TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

CULFA RAYONUNDA HAZIRLANMIŞ TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

16.07.2021

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən 2021-ci ilin I yarımili ərzində 85 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 103 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 34,3% artım olub. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 173 müayinə aktı yazılıb, 13 bölünmə və birləşmə planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.

I yarımil ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 230 müraciət daxil olub. 138 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 267 arayış verilib.

Ötən dövr ərzində rayonun 6 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 30 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 492