Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB

DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB

15.07.2021

15 İyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələrə və 2021-ci ilin birinci yarsında görülən işlərə həsr olunmuş kollegiya iclası keçirilib. Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bilidirib ki, bəhs olunan dövrdə muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi qərar, fərman və sərəncamlarda qarşıya qoyulmuş tapşırıqlar və qəbul edilmiş dövlət proqramlarında Xidmətə tapşırılmış vəzifələr uğurla icra edilib.

67 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Diqqətə çatdırılıb ki, Şərur və Kəngərli rayonlarının kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Şahbuz rayonunun üzrə bütün bələdiyyələrin xəritələri və yerquruluşu sənədləri qovluğu hazırlanaraq aidiyyəti üzrə göndərilib. 21 sifarişçi təşkilatın müraciəti əsasında140-a yaxın müxtəlif miqyaslı xəritə, plan və sxemlər hazırlanıb.

Qeyd edilib ki, 2021-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 3446 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 23,6% artıb. Yeni yaranmış 178 daşınmaz əmlak obyektinə ünvan verilib, 2690 texniki sənəd hazırlanıb, 562 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 46 yaşayış məntəqəsində 169 vətəndaşın müraciətinə baxılıb, 560 vətəndaşa elektron xidmətlər göstərilib.

Xidmətin rəisi qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında torpaqların mühafizəsinin təşkili ilə bağlı qarşıya qoyulmuş vəzifələr yüksək səviyyədə icra ediləcəkdir.

Məruzə ətrafında çıxışlar dinlənilib, slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihəsi oxunaraq səsə qoyulub və qəbul edilib.

Baxılıb: 579