DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR
17.07.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 2021-ci ilin I yarısı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, vətəndaşların müraciətləri əsasında 35 fərdi yaşayış evinə, 6 mənzilə məxsus texniki pasport hazırlanmışdır.
Plan ölçünün hazırlanması üçün 122, hüquqların dövlət qeydiyyatına alınması üçün 167 müraciətə baxılmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 34,7% artmışdır. Məhdudiyyət və yüklülüyə dair 133, əmlakın olub olmamasına dair 96 arayış, 6 dublikat sənəd verilmişdir.
Rayonun 6 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 21 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri qısa zaman ərzində hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 543