114 DAŞINMAZ ƏMLAK OBYEKTİ İNVENTARLAŞDIRILIB
13.07.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən 2021-ci ilin I yarımili ərzində 43 daşınmaz əmlak obyektinə məxsus texniki pasport, 71 torpaq sahəsinin planı və ölçüsü olmaqla, ümumilikdə 114 daşınmaz əmlak obyekti inventarlaşdırılıb. İnventarlaşdırılan mülkiyyət sənədlərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,3% artıb. Mülkiyyət sənədlərinin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 43 müayinə aktı tərtib edilib.
Qeyd edək ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə operativ baxılması diqqətdə saxlanılıb, 6 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən 117 çıxarış, məhdudiyyət və yüklülüyə dair 92, əmlakın olub olmamasına dair 77 arayış hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.
Ötən dövr ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonunun Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.
Baxılıb: 290