VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİQQƏTDƏ SAXLANILIB
13.07.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən 2021-ci ilin I yarısı ərzində hüquqi və fiziki şəxslərin daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılıb.
Daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması ilə bağlı idarəyə daxil olan müraciətlər əsasında I yarımil ərzində 8 daşınmaz əmlak obyektinin texniki pasportu, 29 torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq hüquq sahiblərinə təqdim edilib. Məhdudiyyət və yüklülüyə dair 35, əmlakın olub olmamasına dair 15 arayış verilib.
Vətəndaşlardan 26 şifahi müraciət daxil olub, müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Ötən dövr ərzində rayon ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.
Baxılıb: 291