BABƏK RAYONUNDA CARİ İLİN BİRİNCİ YARSINDA 624 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR
12.07.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2021-ci ilin I yarımili ərzində 109 daşınmaz əmlak obyektinə məxsus texniki pasport, 499 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir. 55 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunmuş, 228 müayinə aktı yazılmışdır.
6 ay ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 624 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır.
Vətəndaşların müraciətləri əsasında məhdudiyyət və yüklülüyə dair 362, əmlakın olub-olmamasına dair 139 arayış, 187 torpaq sahəsinə dair rəy verilmişdir.
Ötən dövr ərzində rayonun 11 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 29 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 287