Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR

DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR

09.07.2021

Vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması Naxçıvan  Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılmış, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər 2021-ci ilin I yarımili ərzində də mütəşəkkil davam etdirilmişdir.

6 ay ərzində müraciətlər əsasında 74 daşınmaz əmlak obyektinin texniki pasportu, 100 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 31% artmışdır. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilmiş, 94 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunmuşdur.

Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 177 müraciət qəbul edilərək icra edilmiş, müraciətlər əsasında məhdudiyyət və yüklülüyə dair 160, əmlakın olub olmaması ilə bağlı 109 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim edilmişdir.

98 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, qanuna müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunmuşdur.

Rayonun 10 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 33 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilmişdir.

Baxılıb: 344