Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

ŞƏRUR RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

08.07.2021

Şərur rayonunun Məmmədsabir kəndinin icra nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə Şərur Rayon İcra  Hakimiyyətinin əməkdaşı Osman Cəlil açaraq Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulan vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri – ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri, meyvə və tərəvəzlərin eyni zamanda bostan məhsullarının qurudulması və qablaşdırılması, habelə necə realizə olunması barədə geniş məlumat ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, ailə təsərrüfatlarını maraqlandıran suallar cavablandırılıb və bukletlər təqdim olunub. 

Baxılıb: 320