17 iyun 2025-ci il tarixdə baş tutmamış hərrac haqqında məlumat
17.06.2025
Şərur Rayon İcra və Probasiya Şöbəsinin 22.04.2025-ci il tarixli, 3606331/2024-93-9-001 nömrəli sifariş məktubuna və Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2 (123)-68/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən keçirilməsi nəzərdə tutulan Şərur rayonu, Axura kəndi 0.335 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 105.91 m2 yaşayış, 37.02 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi üzrə 17 iyun 2025-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan hərracda iştirakçı olmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci bəndinə uyğun olaraq hərrac baş tutmamış hesab edilir.
