Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR

TORPAQLARDAN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR

14.03.2019

   Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Vayxır kəndində aparılan monitorinqlər zamanı torpaqlardan qeyri-qanuni istifadə faktları aşkar olunub. Kənd sakinləri Rövşən İsmayılov, Qurban Əhmədov, Nurəli Cahangirov və Rəşid Əhmədov tərəfindən zəbt edilən torpaq sahələrindəki çəpərlər sökülərək əvvəlki vəziyyətinə qaytarılıb. Monitorinq zamanı həmin şəxslərə zəbt etdikləri torpaq sahələrindən qanunsuz istifadə zamanı daşıyacaqları hüquqi məsuliyyət barədə məlumat verilib. Qeyd olunub ki, həmin ərazilər çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılacaq.
      Qeyd edək ki, rayonun Şıxmahmud, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Nəzərabad və Didivar kəndlərində aşkar olunmuş qanun pozuntuları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq aradan qaldırılmış və zəbt olunmuş torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır.

    Hazırda rayonun Vayxır və Xalxal kəndlərində monitorinqlər davam etdirilir. Bu günədək torpaqlardan qanunsuz istifadə sahəsində aşkar edilmiş 25 fakt aradan qaldırılmışdır.

Baxılıb: 684