ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASININ YENİ TƏRKİBİ TƏSDİQ EDİLİB
07.02.2019
Azərbaycan Respublikasının Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının 14 nəfərdən ibarət yeni tərkibini təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi aşağıdakı kimidir:
Kollegiyanın sədri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Kollegiyanın üzvləri:
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının hüquq şöbəsinin müdiri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin müdiri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdiri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri
- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının yerli qurumlarla iş və dövlət ehtiyaclarının ödənilməsinin təşkili şöbəsinin müdiri.