ÖTƏN AY 702 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
10.08.2020
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət 2020-ci ilin iyul ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə əlaqədar rayonun Babək şəhəri, Cəhri və Nehrəm qəsəbə inzibati ərazi dairələrinin, ərazi vahidlərinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri hazırlanmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsinin və Araz kəndinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır.
İyul ayında 702 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 556 texniki sənəd hazırlanmış, yeni yaranmış 35 daşınmaz əmlak obyektinə ünvan verilmiş, həmçinin 104 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 55 vətəndaşın müraciətinə baxılmışdır. 21 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədaricarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Baxılıb: 423