TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN PROQRAM TƏMINATININ HAZIRLANMASI İSTİQAMƏTINDƏ GÖRÜLMÜŞ İŞLƏRİN NÖVBƏTİ MÜZAKİRƏSİ KEÇİRİLİB
28.11.2018
Noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması ilə bağlı növbəti müzakirələr aparılıb. Tədbirdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və proqram təminatını hazırlayan “R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin mütəxəssisləri iştirak edib.
R.İ.S.K.” Elmi İstehsalat Şirkətinin baş direktoru Cabir Cümşüdov sistemin fəaliyyətini təmin edəcək proqram təminatının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, proqram təminatının yaradılması ilə bağlı əsas işlər artıq yekunlaşmaq üzrədir. Sistemin hazır modulları baxılması üçün Komitəyə təqdim olunub, Komitənin mütəxəssisləri tərəfindən verilən təkliflər əsasında proqram təminatında düzəliş və əlavələr edilib. Yaradılacaq sistemin daşınmaz əmlakın dövlət reyestri ilə inteqrasiyasının təmin olunması və prosesin avtomatlaşdırılması üçün sınaqlar aparılıb.
Sonra bu istiqamətdə görülən işlər əyani nümayiş olunub, proqram təminatının və elektron kadastr xəritəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. Mövcud uyğunsuzluqların aradan qaldırılması yolları barədə geniş müzakirələr aparılıb.
Baxılıb: 650