NÖVBƏTİ KOLLEGİYA İCLASI KEÇİRİLİB
05.11.2018
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Kollegiya iclasını Komitənin sədri Müslüm Cabbarzadə açıb.
Kollegiyanın gündəliyində duran məsələlərlə bağlı Komitə Aparatının rəhbəri Nurlan Fətəliyevin, Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun çıxışları dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Komitənin sədri Müslüm Cabbarzadə yekun vuraraq Komitədə, tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, vətəndaşların müraciətlərinə operativ baxılması, daşınmaz əmlakın qeydiyyatı, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.