Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR

VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ DAVAM ETDİRİLİR

 22.09.2018

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu Şərur rayonunun Zeyvə kəndində olub. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 1, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi üçün 7, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 11, dublikat sənədin verilməsi üçün 1, torpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün 1, ümumilikdə, 21 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib.
    Rayonun Düdəngə, Oğlanqala,Aşağı Yaycı, Yengicə və Dizə kəndlərindən də vətəndaşların səyyar xidmət qrupuna müraciətləri qəbul edilib. Sənədlər komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil olunub. Texniki sənədlərin hazırlanması üçün müasir geodeziya-ölçü avadanlıqları vasitəsilə torpaq sahələrinin ölçüləri dəqiqləşdirilib.

    Cari ilin ötən dövrü ərzində komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 69 yaşayış məntəqəsində 564 vətəndaşın müraciəti qəbul edilib və müvafiq qaydada icra olunub. Mülkiyyət sənədləri hazırlanaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə vətəndaşlara çatdırılıb.

Baxılıb: 713