Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY CULFA RAYONUNDA ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR HƏLLİNİ TAPIB

ÖTƏN AY CULFA RAYONUNDA ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏR HƏLLİNİ TAPIB

15.03.2024

Cari ilin fevral ayında Culfa rayonunda əmlaklara məxsus texniki sənədlərin vaxtında hazırlanaraq vətəndaşlara təqdim edilməsi və digər aid məsələlərlə bağlı müraciətlərə operativ qaydada baxılması idarə tərəfindən davam etdirilib.

Sakinlərdən daxil olan müraciətlər nəzərə alınaraq, rayonda ötən ay ərzində ümumilikdə, 35 texniki pasort hazırlanıb ki, bunlardan 16-sı fərdi yaşayış evinə, 12-si mənzilə, 4-ü qeyri-yaşayış sahəsinə, 3-ü isə qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 30 torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək vətəndaşlara təqdim olunub. Müvafiq dövrdə hazırlanan 5 bölünmə və 1 birləşmə planı arxiv sənədlərinə əlavə edilib, texniki sənədlərin hazırlanması zamanı isə 19 müayinə aktı yazılıb.

Hesabat ayında daşınmaz əmlakın dövlət reyestrindən 64 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 5 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. Eyni zamanda 42 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 2 torpaq sahəsinə dair rəy verilib.

Rayonda topraq sahələrindən təyinatına uyğun və qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadə edilməsinə dövlət nəzarəti fevral ayında da diqqətdə saxlanılıb. Vətəndaşların əmlak məsələləri ilə bağlı etdikləri yazılı və şifahi müraciətlər operativ qaydada araşdırılıb və nəticədə hər bir məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ətraflı izah olunub.

Baxılıb: 192