Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏMLAKLARIN QEYDİYYATDAN KEÇİRİLMƏSİNƏ VƏTƏNDAŞLARIN MARAĞI ARTIB

ƏMLAKLARIN QEYDİYYATDAN KEÇİRİLMƏSİNƏ VƏTƏNDAŞLARIN MARAĞI ARTIB

14.03.2024

Muxtar respublikanın şəhər və rayonlarında daşınmaz əmlak üzərində mülkiyyət hüqlarının dövlət reyestrində qeydiyyatdan keçirilməsinə xüsusilə maraq göstərilir. Ötən ay Şərur rayonunda da sakinlər öz əmlaklarının dövlət qeydiyyatının aparılmasına prioritet məsələ kimi yanaşıb, Xidmətin rayon idarəsinə çoxsaylı müraciət daxil olub. 

Rayon idarəsi tərəfindən cari ilin fevral ayı ərzində 13 fərdi yaşayış evinə, 2 mənzilə və 1 əmlak kompleksi kimi müəssisəyə məxsus texniki pasport, 92 torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Həmçinin, 2 birləşmə planı tərtib edilib, texniki sənədlərin hazırlanması zamanı 37 müayinə aktı yazılıb.

Hesabat ayında sakinlərdən daxil olan müraciətlərə əsasən 26 sosial arayış, 39 məhdudiyyət və yüklülüyə dair arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 3 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.

Rayon üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti nəzarətdə saxlanılıb, sakinlərin həmin məsələ ilə bağlı maarifləndirilməsi davam etdirilib.

Baxılıb: 122