Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DİQQƏTDƏ SAXLANILIR

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DİQQƏTDƏ SAXLANILIR

21.09.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı vətəndaşlara avqust ayında da yüksək səviyyəli xidmətlər göstərilib. Xidmətin Şahbuz Rayon Şöbəsi ötən ay 16 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlayaraq hüquq sahiblərinə təqdim edib.

Şöbəyə plan-ölçünün hazırlanması üçün 40, hüquqların dövlət qeydiyyatına alınması üçün 60 vətəndaş müraciəti daxil olub ki, bunlara da operativ cavab verilib.

Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 34 müayinə aktı tərtib olunub. Məhdudiyyət və yüklülüyə dair 6, əmlakın olub-olmamasına dair 44 arayış verilib.

Ay ərzində daxil olan 4 şifahi müraciət əsasında yerində baxış keçirilən əmlaklarla bağlı vətəndaşlara qanunvericiliyin tələbləri izah edilib.

Rayonunun Ayrınc kəndində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilən müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Baxılıb: 140