Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI DAVAM ETDİRİLİR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI DAVAM ETDİRİLİR

08.06.2018

   Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi digər sahələrdə olduğu kimi, əmlak və torpaq məsələlərinin həllində də mühüm nəticələrin əldə edilməsinə, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. 2018-ci ilin may ayında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilib.
  Ötən ay Şərur rayonunun Cəlilkənd, Tənənəm, Xələc, Arbatan və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri aparılıb, 1513 daşınmaz əmlak obyekti plana alınıb. Həmçinin Şərur rayonunun Yuxarı Aralıq, Aşağı Aralıq, Muğancıq-Mehrab, Qarxun və Çərçiboğan bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə  uçotu aparılıb. Şahbuz rayonunun Kolanı, Nursu, Sələsüz və Gömür bələdiyyələrinin isə mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilib.

    Muxtar respublikada torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti daim nəzarətdə saxlanılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülüb.
   May ayında muxtar respublika üzrə 560 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Hüquqların dövlət qeydiyyatına alınması üçün komitənin fəaliyyət istiqamətləri üzrə daxil olan 37 elektron müraciət icra edilib. Bu dövrdə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 45 daşınmaz əmlak obyektinə ünvan verilib, 93 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, 13 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilib, 156 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib.
    Vətəndaşlara səyyar xidmət də göstərilib, 8 yaşayış məntəqəsində 31 vətəndaşa xidmət edilib.

Baxılıb: 694