DAŞINMAZ ƏMLAKLA BAĞLI 127 TEXNİKİ SƏNƏD HAZIRLANIB
16.06.2022
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi may ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.
Ay ərzində 13 fərdi yaşayış evinin, 10 mənzilin, 1 qeyri-yaşayış binasının texniki pasportu, 59 həyətyanı, 44 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 38 müayinə aktı yazılıb, 7 torpaq sahəsinə dair bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. 20 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 102 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonunun Axura kəndinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb, Şərur şəhərinin ərazisində monitorinqlər davam etdirilib.
İdarəyə19 məktub daxil olub, 32 məktub göndərilib. 15 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.
Təsdiq olunmuş qrafik əsasında rayonunun Qışlaqabbas və Xətai kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 230