Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CƏLİL MƏMMƏDQULUZADƏNİN NAXÇIVAN ŞƏHƏRİNDƏ YERLƏŞƏN EV-MUZEYİ ZİYARƏT OLUNUB

CƏLİL MƏMMƏDQULUZADƏNİN NAXÇIVAN ŞƏHƏRİNDƏ YERLƏŞƏN EV-MUZEYİ ZİYARƏT OLUNUB

23.05.2022

21 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev-muzeyində olub.

Muzeyin bələdçisi muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını, 13 oktyabr 1999-cu ildə şəxsən iştirakı ilə istifadəyə verildiyi və muzeyin son il illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdiyini bildirib.

Qeyd olunb ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi iki ekspozisiya zalı və foyedən ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır, onlardan      300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri muzeyin qiymətli eksponatları arasındadır.

Baxılıb: 243