Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNUN AĞBULAQ KƏNDİNDƏ AİLƏ TƏSƏRRÜFATLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

ŞAHBUZ RAYONUNUN AĞBULAQ KƏNDİNDƏ AİLƏ TƏSƏRRÜFATLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

20.05.2022

Şahbuz Rayonunun Ağbulaq kəndində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov açaraq rayonda ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşmasında, yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsində və ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıda keçirilən maarifləndirici tədbirlərin rolundan, muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsasları, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi barədə təsərrüfat sahiblərinə məlumat verilib. 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Baxılıb: 226