Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İNNOVATİV İDEYALARIN MÜZAKİRƏSİ KEÇİRİLİB

İNNOVATİV İDEYALARIN MÜZAKİRƏSİ KEÇİRİLİB

06.05.2019

    Mayın 6-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə innovativ ideyaların müzakirəsi keçirilib. Komitənin sədri Müslüm Cabbarzadə “İdeyadan başlanğıca” devizi altında yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün bu cür görüşlərin müntəzəm keçiriləcəyini qeyd edib. Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında Komitə tərəfindən görüləcək işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
    Görüş zamanı tələbələrə startap komandalarının yaradılması, layihə təqdimatının düzgün hazırlanması ilə bağlı tövsiyyələr verilib. İnnovativ ideyalar dinlənilib, müzakirələr aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

    Sonda tələbələr Komitənin fəaliyyəti və iş prosesi ilə yaxından tanış olublar.

Baxılıb: 667