Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Tədris-İnnovasiya Mərkəzi

Tədris-İnnovasiya Mərkəzi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli 339-05/S nömrəli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi sədrinin 04 aprel 2019-cu il tarixli 30 nömrəli əmri ilə Komitədə ictimai əsaslarla fəaliyyət göstərən “Tədris-İnnovasiya Mərkəzi” yaradılmışdır.