Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - E-MÜRACİƏTLƏR

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə elektron müraciət etmək qaydaları

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. 1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. 2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.
  3. 3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. 4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  5. 5. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. 6. Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
    - Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır
    - Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
    - Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, AZ 7000,  Zərifə Əliyeva 5/2a, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti
Soyadınız, adınız, ata adınız 
Ünvanınız 
E-poçt adresiniz 
Telefon nömrəniz 
Müraciətin növü   Ərizə    Təklif    Şikayət  
Mesajınız